No Image
No Image

Bakıda daha 2 ictimai çimərlik yaradıldı

Bakıda daha 2 ictimai çimərlik yaradıldı
 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.

Paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılır. Səbail rayonunda, "Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra  artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilmişdir. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılmış, burada tələbata uyğun sayda  kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilmiş, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılmışdır.

Vətəndaşların istirahərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulmüşdur.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması  üçün burada xidmət personalı fəaliyyət göstərəcəkdir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə ...

Kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ

Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər. Sfera.az xəbər verir ki, bununla ba...

İcra başçısının müavini vəzifəsindən azad edildi

Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, vəzifədən azad edilən məmurun ...

Məhkumlar vaksin olunacaq yüksək riskli əhali qruplarına daxil edildi

COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb. Sfera.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən ...

TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – VİDEO

TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb. Sfera.az xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin ş...

Azərbaycanda vaksinasiya 2 il ərzində icra olunacaq

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılacaq. Sfera.az-nın məlumatına görə, bu, Nazi...