Bakıda avtomobillə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

Bakıda avtomobillə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı
Mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vurub hadisə yerini tərk edib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR