Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Sfera.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 25-də Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi "Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR