Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı
10:26 / 02.05.2021
3166
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır. (report)