Bakıda 22 yaşlı gənc dəm qazından zəhərləndi
23:19 / 09.01.2022
1231
Bakıda 22 yaşlı gənc dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayonda yaşayan 2000-ci il təvəllüdlü Əlişov Elgün Elşən oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkmiş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.