““Bakı Taksi Xidməti” Leyla Əliyevaya məxsus deyil”

““Bakı Taksi Xidməti” Leyla Əliyevaya məxsus deyil”
 

Xəbər verdiyimiz kimi, "Bakı Taksi Xidməti”nin müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

Dünəndən sosial şəbəkələrdə "Bakı Taksi Xidməti”nin Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevaya məxsus olması ilə bağlı məlumatlar paylaşılır.

Məsələ ilə bağlı Sfera.az "Bakı Taksi Xidməti” MMC-yə sorğu göndərib. 

Qurumdan bildirilib ki, "Bakı Taksi Xidməti” MMC 23 aprel 2015-ci ildə keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum kimi dövlət qeydiyyatına alınıb:

"13 fevral 2017-ci il tarixində Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdikdən sonra "Bakı Taksi Xidməti” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyi qurumu kimi fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Qeyd edirik ki, "Bakı Taksi Xidməti” MMC-nin payları tamamilə dövlətə məxsusdur. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlara xidmətə hazır olan TX modelli yeni 100 ədəd "London taksi”si ilə tanış olması bizim üçün qürurverici hadisədir”.

Daha sonra əlavə edilib ki, Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən 2014-cü ildə The London Taxi Company-dən 500 ədəd London Taxi TX4 satın alınaraq, "Bakı Taksi Xidməti” MMC-nin balansına verilib: "Həmin taksilərdən hazırda Bakı şəhəri üzrə sərnişindaşıma fəaliyyətində istifadə olunur:

""Bakı Taksi Xidməti” MMC tərəfindən Bakı şəhərində taksi nəqliyyat vasitəsində istifadə etməklə sərnişindaşıma fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2019-cu ildə verilmiş sifarişə uyğun olaraq 2020-ci ildə istehsalçı The London Electric Vehicle Company-dən (LEVC) 100 ədəd LEVC taksi satın alınıb. 

Sözügedən taksilər elektrik mühərriklidir, təhlükəsizlik və ekoloji təmizlik parametləri yüksəkdir. Eyni zamanda, müştəri ilə sürücü arasında təması minimuma endirir. LEVC taksilərindən beynəlxalq hava limanında, iri ticarət mərkəzlərində, eləcə də şəhərin mərkəzi və turist axınına malik digər görməli yerlərində istifadə olunacaqdır. Həmin taksilərdən istifadə Bakı sakinlərinin, eləcə də turistlərin məmnunluğunun yüksəldilməsinə xidmət edəcək”.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...