Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə qarla bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə qarla bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Sfera.az BŞİH-dən  daxil olan məlumata əsasən bildirir ki,  Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək bildirir  ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir. 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə  paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...