Bakı niyə iy verir? – Ekoloqlardan həyacan təbili: \"Yaranmış acınacaqlı vəziyyət...\"

Bakı niyə iy verir? – Ekoloqlardan həyacan təbili: \

"Yaranmış vəziyyət yerli icra və yerli bələdiyyənin məsuliyyətsiz fəaliyyətinin nəticəsidir”.


Sfera.az-a açıqlamasında bu sözləri son günlər Bakının Nərimanov və Binəqədi rayonlarında havadan kəskin iy-qoxunun gəlməsi və bunun isti hava şəraitində kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayılması məsələsinə münasibət bildirərkən ekoloq Telman Zeynalov deyib:

 

"Söhbət ondan gedir ki, hər bir şəxsin tutduğu vəzifəyə görə dövlət və xalq qarşısında borcu var. Demək olar ki, məmur və nazirlərin 80-90 faizi tutduğu vəzifələri lazımi dərəcədə yerinə yetirmir. Belə bir üfunət iyinin şəhəri bürüməsinə görə həmin Böyük Şor gölün yerləşdiyi ərazinin yerli icra hakimiyyəti və yerli bələdiyyələri günahkardır. Bu qurumun borcudur ki, sözügedən vəziyyət yaranmasın, yarandıqda isə dərhal aradan qaldırılsın. Məhz həmin icra hakimiyyəti sözügedən ərazidə ekoloji çirkli vəziyyətin yaranmasına görə məsuliyyət daşıyır. Yəni yaranmış vəziyyət yerli icra və yerli bələdiyyənin məsuliyyətsiz fəaliyyətinin nəticəsidir”.

 

Ekoloq qeyd etdi ki, Böyük Şor gölündən gələn pis qoxu yaxınlıqda tikilən yeni binaların kanalizasiya sularının Böyül Şor gölünə axıdılmasından qaynaqlanır:

 

"Hava da bir qədər isti olan kimi, üfunət ətrafa yayılır. Çünki isti havada metan, trabon qazı genişlənərək ətrafa pis qoxu səpir”.


"Böyük Şor gölündə çirkləndirici maddələrin konsentrasiyası yol verilən həddi 3-4 dəfə keçdiyindən o ətrafda canlı orqnizmin yaşaması qeyri-mümkündür”.


Bunu isə sayta açıqlamasında ekoloq İsa Mustafayev dedi: "Məhz axıntı suları gölün bu vəziyyətə düşməsinə səbəb olub. Nə qədər ki, Bakı ətrafında belə çirklənmişgöllər olacaq, yay aylarında belə pis vəziyyətlə yenə də rastlaşmaqda davam edəcəyik. Böyük Şor gölünün çirklənməsi tək vətəndaşların yaşadığı binalardan kanalizasiya sularının ora axıdılması ilə bağlı deyil”.

 

Həmsöhbətimiz qeyd etdi ki, sözügedən əraziyə həmçininneft sənayesinə aid müxtəlif sənaye obyektlərindən də çox miqdarda tullantıaxıdılır:

 

"İlk növbədə ora axıdılan çirkli suyun qarşısını kəsmək lazımdır. Ərazidə monitorinq aparılmalı, pis iy yayan komponentlərin xarakteri müəyyənləşdirilməlidir. Ola bilər, həmin pis qoxu çox dəhşətli komponentlərdən, maddələrdən yayılır. Ərazi çirkləndirici maddələrdən tamamilə təmizlənməli, neytrallaşdırılmalıdır.Yəni, iyin gəldiyi mənbələri məhv etmək lazımdır”.

 

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...