Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb
 

Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.

Sfera.az bu barədə Agentliyə istinadən xəbər verir. 

Məlumata görə, bu çərçivədə ilk tədbir "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək. Tədbirlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları da iştirak edir.

İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...