Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yandı - FOTO
21:20 / 05.07.2021
1865
Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.
Sfera.az xəbər verir ki, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.
Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.
(APA)