Bakı metrosunun \"8 noyabr\" və digər 2 stansiyasına yeni rəis təyin olundu

Bakı metrosunun \
"Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Yusif Şabanov metronun "Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan "8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlil isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.

"Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni təyinatları "Report”a təsdiq edib.

Xatırladaq ki, metronun paytaxtın Nəsimi rayonunda, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində (hərbi hospitalla üzbəüz) tikintisi davam edən yeni stansiyasına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü münasibətilə "8 Noyabr” adı verilib. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...