“Bakı Metropoliteni”nin əməkdaşları Fransada

“Bakı Metropoliteni”nin əməkdaşları Fransada

 

 

"Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar.



Qurumun mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı "Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış sualların müzakirəsi olub. Məlum olduğu kimi, hələ 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində imzalanmış müqaviləyə əsasən, "Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir. Əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti var.

Metropolitenin nümayəndə heyəti ilk olaraq Fransada "Thales” şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçiriblər. Görüşlər əsnasında hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni Bənövşəyi xəttin "Xocəsən” elektrik deposu, şərti adı "B-3” və "B-4” olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz "Nəriman Nərimanov” elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Mövcud xətlərlə bağlı layihələr də var. Belə ki, mövcud stansiya tunellərində istismarda olan işarəvermə və rabitə avadanlıqlarının müasirləri ilə əvəzlənməsi, yəni, yeni sistemlərin tətbiqi ilə mövcud sistemlərin bununla uzlaşdırılması gündəliyin mövzusu olub.

Qeyd edək ki, belə bir təcrübə, hələ ki, Sovet məkanında istismarda olan metropoliten xətlərində tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq. Səfər çərçivəsində nümayəndə heyəti şirkətin Almaniyada yerləşən mövcud tələblərə cavab verən zavodu və orada istehsal olunan avadanlıqların istifadə qaydaları ilə yaxından tanış olublar.
 


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...