Bakı metropolitenində tanqo sürprizi

Bakı metropolitenində tanqo sürprizi
 

8 noyabr 2019-cu il tarixində, saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində "İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

Sfera.az bildirir ki, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və "United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq. 

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları "İçərişəhər” stansiyasına dəvətlidirlər.  (Yenisabah)


OXŞAR XƏBƏRLƏR