Bakı əhalisinin sayı 1 milyon nəfər ARTACAQ

Bakı əhalisinin sayı 1 milyon nəfər ARTACAQ
Bakının yeni Baş Planına əsasən qarşıdakı bir neçə ildə sənədsiz fərdi yaşayış evlərinin sürətlə sənədləşdirilməsi həyata keçiriləcək.

 

Sfera.az bildirir ki, fərdi evlərin sənədləşdirilməsindən sonra Bakı əhalisinin sayında kəskin artım baş verə bilər.

 

Əhali sayındakı artıma sənədsiz evlərin əksəriyyətində daimi yaşayışın olması səbəb olacaq. Mövcud qaydalara əsasən, hər hansı mənzildə daimi qeydiyyata düşmək üçün həmin mənzilin çıxarışının ("kupça”) olması vacibdir. 2003-cü ildən bəri paytaxt ərazisində digər şəhər və rayon sakinləri tərəfindən daimi yaşamaq məqsədilə onminlərlə fərdi yaşayış evi inşa edilib. Amma ötən müddətdə müvafiq dövlət qurumları tərəfindən "kupça” verilmədiyindən həmin evlərə daimi qeydiyyata düşmək mümkün olmayıb.

 

Qeyri-rəsmi məlumatlar göstərir ki, Bakı şəhəri ərazisində sənədi olmayan 400 mindən artıq fərdi yaşayış sahəsi var. Bu mənzillərin çox hissəsinin rayon sakinlərinə məxsus olduğu bildirilir. Buna görə də sənədsiz evlərin "kupça”laşdırılmasından sonra Bakı əhalisinin sayının ən azı 1 milyon nəfər artacağını proqnozlaşdırmaq olar.

 

Paytaxtda faktiki əhali sayı ilə qeydiyyatda olan əhali sayı arasında kəskin fərqin olmasını sərnişindaşımaya dair göstəricilər də təsdiqləyir. Bakıda avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsinə dair açıqlanan məlumatlar göstərir ki, 2019-cu ildə sərnişindaşınma intensivliyi 2005-ci ilə nisbətən 2,5 dəfədən çox artıb. Belə ki, 2005-ci ildə hər kilometrə düşən sərnişin dövriyyəsi 7,3 milyon nəfər olduğu halda 2019-cu ildə 18,43 milyon nəfər olub. Bu qədər fərqi yaradan əsas səbəb əhali sayının artmasıdır.

 

Metro vasitəsilə sərnişin daşınması da kəskin artıb. 2005-ci ildə hər kilometrə düşən sərnişin dövriyyəsi 1,38 milyon olduğu halda, 2019-cu ildə 2,61 milyon olub.

 

Müqayisə edilən dövrdə Bakıda qeydiyyatda olan şəxsi minik avtomobillərinin də sayında ciddi artım var. Şəxsi minik avtomobillərinin sayı 2005-ci ildə 232 min ədəddən 2019-cu ildəki 518 min ədədə yüksəlib. Minik avtomobillərinin sayının artması sərnişin dövriyyəsinin yükünün bir qədər azalmasına kömək edib.

 

Bütün sadalanan məlumatları nəzərə alaraq deyə bilərik ki, yaşayış evlərinin tam sənədləşdirilməsindən sonra Bakı sakinlərinin sayı 4 milyona çatacaq. Bu, formal olaraq paytaxt əhalisinin sayının 70 faiz artması deməkdir.

 

Xatırladaq ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə Bakının 2,3 milyon əhalisi var.

 

Vasif

Sfera.az

 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər naziri, genelar-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik le...

Vaksinasiya nə vaxta qədər davam etdiriləcək? – RƏSMİ AÇIQLAMA

Ötən il ərzində görülmüş məqsədyönlü tədbirlər Azərbaycanda yeni növ koronavirusun təsirlərinə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda,...

Yeniyetmələrə vurulacaq “Pfizer” vaksininin ÖZƏLLİKLƏRİ

Səhiyyə Nairliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi Azərbaycanda 16-18 yaş arası şəxslərə Pfizer ("Comirnaty”) vaksinin vurulması barədə qərar qəbul...

Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı

"Bu səhər görürəm "monex card”dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir...

Bankın qarşısına elan vuruldu: "Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq"

Sosial şəbəkələrdə Ağcabədidə ABB - Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub. "COVID-19 əleyhinə peyvənd olunmayan tə...

Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO

Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayib. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub. Sfera....