Bahalaşma idxalımızı milyard dollardan çox artırıb

Bahalaşma idxalımızı milyard dollardan çox artırıb
Bu il dünyada ərzaq və qeyri-ərzaq mallarının bahalaşması xarici ticarət dövriyyəsinin dəyərinin xeyli artmasına səbəb olub. Qiymət artımlarının təsiri ilə ölkələr eyni miqdarda olan mallara daha çox pul xərcləmək məcburiyyətində qalıb. 
Eyni vəziyyətlə Azərbaycan da rastlaşır. 

Sfera.az bildirir ki, 2021-ci ildə Azərbaycan bahalaşmaya görə idxala 2020-ci ilə nisbətən 22 faiz çox pul xərcləyib. İlin ilk 7 ayında idxalın həcmi 6,3 milyard dollar olub. Əgər bu il bahalaşma olmasaydı, idxalımız 1,13 milyard dollar az, yəni 5,16 milyard dollar təşkil edəcəkdi. İnflyasiya ilə əlaqədar Azərbaycan idxala əlavə 1,13 milyard dollar xərcləmək məcburiyyətində qalıb. İlin yekununda inflyasiyaya görə əlavə xərcin 2 milyard dollara çatacağı proqnozlaşdırılır. 

İnflyasiya nəzərə alınmadıqda məlum olur ki, ölkəmizə idxal əslində 12,4 faiz azalıb. Amma inflyasiya xərcləri də hesablandıqda idxalımızda 6,7 faiz artım baş verib. 

Əmtəələr arasında daha çox bahalaşma qida məhsullarındadır. Qida məhsullarında qiymət artımı 30 faizi ötür. Ərzaq inflyasiyası ilə əlaqəda olaraq bu ilin 7 ayında yeyinti məhsullarının idxal dəyəri 1,14 milyard dollara yüksəlib. Bu qədər xərcin 350 milyon dollardan çoxunu bahalaşma yaradıb. Əgər bu il qida məhsulları bahalaşmasaydı, eyni miqdarda malların idxalına 1,14 milyard dollar yox, 790 milyon dollar xərclənəcəkdi. 

İdxal mallarının bahalaşması Azərbaycanın daxilində qiymətləri xeyli artırıb. Ümumi bahalaşma 5 faizdən, ərzaq mallarında isə bahalaşma 6 faizdən çoxdur.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...