Bağçada tərbiyəçi uşağı vurdu, DİN araşdırmaya başladı

Bağçada tərbiyəçi uşağı vurdu, DİN araşdırmaya başladı
Sosial şəbəkələrdə uşaq bağçalarının birində körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, bağçada tərbiyəçi qadın uşağın çörəyi ağzında saxlamasını istəyir, bunu etməyən uşağın başına şillə vurur.

Körpəyə qarşı şiddəti əks etditən görüntülər sosial şəbəkələrdə geniş müzakirə və sərt tənqid olunur.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntüdən xəbərdardırlar:

"Məsələ barədə araşdırma aparılır”.


OXŞAR XƏBƏRLƏR