“Azərsun” kanalizasiya suyu axıdılan göldən duz çıxardır – İTTİHAM
16:06 / 13.01.2021
1953
Binəqədi gölü ətrafında yaşayan sakinlər "Azərsun Holdinq”i Masazır gölünün suyunu çirkləndirməkdə itiham
edir.
2. Məsələ həll edilənə
kimi və gölün suyunun duz istehsalı üçün təhlükəsiz olması ilə bağlı ekspert rəyləri
alınana qədər göldə duz istehsalı dayandırılsın!".
Sfera.az
İnci
Sfera.az vəbər verir ki, bu barədə "Ecofront” adlı "Facebook” səhifəsində paylaşım edilib. Sözügedən paylaşımda sakinlərin "Azərsun Holdinq”in Binəqədi bəndini dağıtması ilə bağlı narazılığı öz
əksini tapıb:
""AzərSun" ağını çıxardır, gizlənqaç oynayır. Biz Binəqədi
gölünün bəndini bərpa edirik, bunlar gəlib bəndi dağıdır,
kanalizasiya suyu ilə çirklənən gölün suyunu, təbii duzlu gölü olan Masazır
gölünə axıdaraq gölün hidroloji rejimini alt-üst edir. Yenə bəndi dağıdıblar. Üstəlik, Masazır gölündən duz çıxarırlar. Duz çıxartmaq
üçün müəssisəyə gölün səviyyəsini qaldırmaq lazım olan kimi, gəlib bəndi dağıdırlar.
Bu gölə bütün ətrafdan kanalizasiya suları axır. Ayrılan vəsaitləri yeyib talayıblar,
indi yadlarına düşüb ki, gölə kanalizasiya axır. Bunu məqsədli şəkildə edirlər.
Hələ də "Azərduz"un istehsalı
davam edir. Bu biabırçılığa məntiqli bir zaman kəsiyində son qoyulmasa, etiraz
aksiyalarına başlayacağıq. Başqa ediləcək nə qalıb bilmirik".
Yerli camaat holdinq qarşısında tələb də irəli sürüb:
"Tələblərimiz
bunlardır:
1. Masazır gölünə kanalizasiya sularınına axıdılmasının
qarşısı alınsın!
Sfera.az
İnci