Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? – “Monitorinq Mərkəzi işə başlayandan sonra…”
14:20 / 25.01.2021
1472
Ötən
ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq
Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq
Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların
köçürülməsi ləngiyir.
Sfera.az
bunun nədən qaynaqlandığını öyrənməyə çalışıb.
Politoloq İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin
texniki səbəblərlə əlaqələndirib:
"Texniki
məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların
yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların
adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd
tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna
şübhəsi olmasın”.
Politoloq
burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: "Proses təhlükəsizlik
şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir. Təəssüf ki, regionda hələ də separatçı qüvvələr
fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki,
Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların
həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq. Bu prosesin təmin edilmıəsində isə sülhməramlılar
da iştirak etməlidir”.
Politoloq
bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə
ümid edir: "Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə
başlayacaq. Monitorinq Mərkəzinin fəaliyyət
istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma
el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir”.
Sfera.az