Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO

Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO
Kikboksinq üzrə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatı başa çatıb.

Sfera.az xəbər verir ki, peşəkar kikboksinqdə "Lord” ləqəbi ilə tanınan Ramal Aslanov finalda uduzaraq ardıcıl ikinci dəfə dünya çempionu ola bilməyib və gümüş medalla kifayətlənib.

O, finalda türkiyəli Nazım Hikmətə üçüncü raundda 1:2 hesabı ilə uduzub. Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti olan Ramalın son saniyələrdə vurduğu zərbə xal kimi nəzərə alınmadığından, idmançımız məğlubiyyəti qəbul etməyib. O, hakimlərə etiraz edərək rinqi tərk edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 8 kikboksçusu medal qazanıb. Eduard Məmmədov veteranlarda, digər 7 kikboksçumuz isə senyorlarda (böyüklər arasında) (1 qızıl, 3 gümüş, 3 bürünc medal) medal qazanıb.


(oxu.az)

OXŞAR XƏBƏRLƏR