Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO

Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO

Tanınmış azərbaycanlı model və "fashion” bloqer Ruslana Cavadova sosial şəbəkə izləyicilərinə məşhur Hollivud aktyoru ilə görüşməsindən və onunla ünsiyyətini dayandırmasından söz açıb.

Sfera.az xəbər verir ki, "Ruslana Gee” adı ilə tanınan model "Instagram” izləyicilərinə aktyorun "Oskar Akademiya Mükafatı”nın sahibi olduğunu bildirsə də, lakin onun adını açıqlamaqdan boyun qaçırıb:

 

"Bəlkə çoxları bunun saxta hesab olduğunu düşünürlər, amma bu belə deyil. Birincisi, məşhurlar bizim kimi insanlardır və onlar da tənhadırlar. İkincisi, bizim gözləntilərimizə rəğmən, onlar məşhur olmayan bir şəxslə ünsiyyət qurmalarını özlərinə əksiklik saymırlar. Üçüncüsü, ən adi sosial şəbəkə tətbiqetməsi ilə bir-birimizi tanımamışıq. Həmin sosial şəbəkə bütün istifadəçilərini qəbul etmir. Qəbul edilənlərin isə şəxsiyyət vəsiqələrinin nüsxələrinin göndərilməsini və yoxlanılmasını ciddi şəkildə nəzarət edir”.

İnternetdə paparatsilər tərəfindən lentə alınan aktyorun son fotolarını gördükdən sonra Ruslana məyus olub. Onun həddən artıq yaşlaşması və qoca babaya bənzəməsi modelin gözündən yayınmayıb. Bloqerin dediyinə görə, o məşhur aktyorla şəxsi maraqlarına görə, əlaqə yaratmadığı üçün onunla yazışmaları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik "L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini uğurla davam etdirir. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...