Azərbaycanlı biznesmeni öldürənin kimliyi müəyyənləşdi - FOTO

Azərbaycanlı biznesmeni öldürənin kimliyi müəyyənləşdi - FOTO
Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllələnən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

"Report”un əldə etdiyi məlumata görə, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır. 

O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.  

Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından hadisə yerində həyatını itirib. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn olunub. 



OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...