Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı

Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı
"Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı. Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi”.

Sfera.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən "Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Azərbaycanda 30-dan çox Gənclik evinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu evlərin daha da fəal işləməsi üçün danışıqlar aparılır:

"Bununla əlaqədar bir sıra planlar var. Gənclik və İdman Nazirliyi nəzdində müəyyən şöbələr bu evlərlə işləyir və onların fəaliyyəti yenidən təhlil edilir. Pandemiya ilə əlaqədar uzun zaman bağlı qalan, xüsusilə regionlardaki Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir”.

Nazir festivaldakı Azərbaycan stendinə baxış keçirib, burada iştirak edən gənclərimizlə görüşüb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan bu dəfəki səfərində açılışda iştirak edəcək

Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcə...

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilandan paylaşım edib. Sfera.az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əl...

İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO

Aylarla davam edən gərginlikdən sonra İran hökuməti nəhayət bu ölkənin yük maşınlarının Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ regionuna qeyri-qanuni səf...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

23 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdulla...

Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama

Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regi...

Azərbaycan XİN Macarıstanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Macarıstanın milli bayramı münasibətilə "Twitter”də paylaşım edib. Sfera.az xəbər verir ki, paylaşımda deyilir: "M...