Azərbaycanla Türkiyə arasında birgə hərbi layihələr müəyyənləşdirildi

Azərbaycanla Türkiyə arasında birgə hərbi layihələr müəyyənləşdirildi
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsi, "STM”, "ROKETSAN”, "HAVELSAN” şirkətlərinin və "ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək, müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən Müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla, iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib.

Bildirilib ki, əsas diqqət qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.

Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən, qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...