Azərbaycanla sərhəddə ikinci hərbi baza... – Rusiyanın əsl məqsədi nədir?

Azərbaycanla sərhəddə ikinci hərbi baza... – Rusiyanın əsl məqsədi nədir?
"Bu çirkin niyyət bir vaxt Azərbaycana qarşı yönələcək təcavüzkar aktın tərkib hissəsidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Gümrüdəki 102-ci bazası əsasında Ermənistan-Azərbaycan sərhədində, konkret Sünikdə ikinci hərbi baza yaradacağı barədə İrəvanda artıq rəsmi şəkildə səslənən fikirlərə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, bu addımla Moskva Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa çalışır: "Rusiya hər zaman olduğu kimi imperalist məqsədlər güdür. Buna getməklə, Moskva Azərbaycana,  o cümlədən Türkiyəyə psixoloji təzyiq göstərməyi düşünür.  Ermənistanın Azərbaycanla sərhəd zonasında hərbi baza yaratmaqla bir növ ölkəmizin gözünü qorxutmaq, ermənilərə isə Rusiya olmasa durumlarının çətin olacağını göstərmək istəyir”.

Q. Hüseynli qeyd edib ki, Kremlin belə bir niyyəti gələcəkdə həyata keçirməyi planlaşdırdığı pis niyyətlərdən xəbər verir: "Onlar türk və müsəlman dünyası daxilində ermənilərdən istifadə edərək, anklav yaratmaq istəyir. Bir azərbaycanlı kimi bunu bir vaxt Azərbaycana qarşı yönələcək təcavüzkar aktın tərkib hissəsi kimi dəyərləndirirəm.  Rusiyanın mümkün olan hər yerdə hərbi bazalar yaratması maddi rifah halı aşağı olan bir ölkənin pis niyyətlərə sahib olduğundan xəbər verir və sivil dünyada normal qarşılanmır”.
 
Elçin
 
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...