Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı

Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı
"Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin səkkiz ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafq dövrü ilə müqayisədə 41 faiz artıb”.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşıb.

"Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edildi.

İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, həmçinin, AZPROMO və KOBİA ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb:

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

FED-in qərarı dolları BAHALAŞDIRACAQ - Azərbaycan üçün yeni TƏHLÜKƏ

2022-ci ildə ABŞ mərkəzi bankının (FED) sərt-pul kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər. &nbs...

Yüksək qiymət artımları davam edir - Mərkəzi banklar pul-kredit siyasətlərini SƏRTLƏŞDİRƏCƏK

Ölkələr 2022-ci ilə yüksək qiymət artımları ilə daxil olub. Azərbaycan da daxil olmaqla bir çox ölkədə illik qiymət artımları ikirəqəmli səviyyəyə yüksəlib. Qiy...

Restoranlarda BAHALAŞMA - Çörək limitlə verilir

Bir neçə gündür unun və çörəyin qiymətinə edilən dəyişiklik geniş müzakirə mövzusudur. Bununla yanaşı, dünəndən bəri sosial şəbəkələrdə aparılan müzakirələrdə r...

Azərbaycanda daha hansı qida məhsulları bahalaşa bilər? - SİYAHI

Ölkəmizdə unun bahalaşmasının əsas səbəbi kimi buğda idxalından asılılığın yüksək olması göstərilir. 2020-ci ilin məlumatına əsasən, Azərbaycan özünə lazım olan...

“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnoz

Xəbər verdiyimiz kimi, çörəyin qiymətinin 10-15 qəpik, 50 kq-lıq bir kisə unun topdansatış qiymətinin isə 36 manatadək artacağı bildirilib.   Maraqlı...

İri un və çörək istehsalçılarından bahalaşma açıqlaması: "Qlobal prosesdir, 10-15 qəpik..."

İri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət edib. Sfera.az həmin müraciəti təqdim edir: "Məlum olduğu kimi,...