\"Azərbaycanın qadın futbolunda pedofiliya...\" – Şok iddialar

\
 
Azərbaycanda haqqında ən çox qalmaqallar yayılan idman növü qadın futboludur. 

Milliləşdirilmiş "lipa" legionerlər, "lez" futbolçuları ilə bir çox skandallarla gündəm olan qadın futbolunda bu dəfə daha biabırçı problemlə bağlı inanılmaz iddialar səslənib.

Sfera.az bildirir ki, bir müddət öncə Sport7.az saytında yayımlanan müsahibələrdən birində futbolla məşğul olmuş xanımın qadın futbolunda pedofil məşqçilərin olduğu ilə bağlı səsləndirdiyi fikirlər məsələnin qabarmasına səbəb olub. 

Futbolla məşğul olan bir başqa xanım saytımıza adının gizli tutulacağı şərti ilə pedofil məşqçilərlə bağlı danışmaq istədiyini bildirdi. O, kiminsə ona düşmən olacaqlarından, hər hansısa bir şəkildə problem yaradacaqlarından ehtiyat edərək adının qeyd olunmamasını, lakin belə problemlərdən artıq hər kəsin xəbər tutmasının vacibliyini vurğuladı. 

"Azərbaycanın qadın futbolunda pedofil məşqçilər var. Qızın futbola olan həvəsindən və arxasında kiminsə olmamasından istifadə edərək ona iki cür əl-qol atırlar: ya döymək məqsədiylə, ya da başqa mənada. Bəzi şirin qızlar da var ki, məşqçi onu qucaqlayır, isti münasibət göstərir və bir müddət sonra o qızı yanına çəkib köməkçisi edir", - deyə şikayətçimiz sözə başladı. 

- Yəni qız özü şərait yaradır?
- Əslində, bəzi insanlar var ki, sırf irəli çəkilmək məqsədləri var. Ona görə məşqçinin ona isti münasibət göstərməsinə şərait yaradır. Ki, sabah önu qabağa çəksin, milliyə göndərsin, köməkçisi etsin...

- Anladım səni. Hər halda bu hal yaşı daha az olanlara aid deyil. Çünki biri var nələrisə dərk edən bir qızın özünün şərait yaratması, biri də var kişi məşqçilərin yaşı az olan qızçığazlara qarşı seksual xarakterli hərəkətləri...
- O, başqa məsələdir. Biabırçılıqdır. Valideynlər azyaşlı qızını idmana, yəni futbola yazdıranda, hardan bilsinlər ki, məşqçi onun uşağına qarşı elə hərəkətlər edəcək. Hər qız uşağı da ayıq olmur axı, məşqçinin bu qucaqlamasının və digər əl-qol hərəkətlərinin səbəbini anlasın. Ümumiyyətlə, qadın futbolunda qadın məşqçi çalışmalıdır. Qızlarla işləyən yaşlı kişilərdə artıq onlara qarşı meyil yaranır. Belə insanlar haqqında deməyə insan söz tapmır. 

- Özün belə hallarla qarşılaşmısan və ya şahidi olmusan?
- Bəli, özüm də vaxtikən görmüşəm. Elə buna görə də, sizin saytınızda gedən müsahibəni gördükdən sonra istədim danışam və bu mövzudan hər kəs xəbər tutsun. Çünki böyük problemdir. Valideynlər bilməlidir ki, övladları necə təhlükələrlə üzləşə bilər. Ən əsası çox xahiş edirəm bu sözlərimi yazın. Belə hallarla qarşılaşan qızlar mütləq və mütləq ana-atalarına qorxmadan, utanmadan xəbər etsinlər. AFFA da futbolumuza rəhbərlik edən qurum olaraq bu məsələlərə qarşı daha diqqətli olub, işindən belə sui-istifadə edən kəsləri dərhal cəzalandırmalı, futboldan birdəfəlik uzaqlaşdırmalıdır. İllərdir mən və mənim kimi belə şeyləri görüb, içində saxlayan bir çox qız var. Bizim vaxtımızda bir tədbir görülmədi, qorxduq, utandıq, aça bilmədik. Heç olmasa indən belə qızlar təhlükədə olmasınlar. Bu əməllərlə məşğul olanlar isə həm Allah, həm də vicdanları önündə cavab versinlər. Təşəkkür edirəm!

Onu da qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bir müddət öncə AFFA-da keçirilən məşqçilərin iclasında da qadın futbolunda pedofiliya problemi müzakirə olunub. Xarici ölkələrdəki problemlərdən misallar çəkilib və Azərbaycanın qadın futbolunda bu tip hallara yol verilməməsi ilə bağlı müzakirələr gedib. Ancaq görünür, bu tip müzakirələr işə yaramır. AFFA-nın qadın futbolu üzrə çalışanları bu məsələyə daha həssaslıqla yanaşmalıdır. Çünki təhlükədə olan bizim övladlarımızdır. 

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...