No Image
No Image

Azərbaycanın neft gəlirləri hər ay artacaq

Azərbaycanın neft gəlirləri hər ay artacaq
"OPEC+” çərçivəsində əməkdaşlıq edən ölkələrin nazirlərinin 19-cu iclasında razılıq əldə edilib. 

Sfera.az bildirir ki, razılığa əsasən, "OPEC+” ölkələri gündəlik xam neft hasilatını 2021-ci ilin sonuna kimi hər ay 400 min barrel artıracaq. Bundan başqa, 2022-ci ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılacaq. 

Razılaşmaya uyğun olaraq, Azərbaycan da neft hasilatını avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artıracaq. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. 

Azərbaycan üçün baza göstərici 2018-ci ilin oktyabrındakı 718 min barrelik  gündəlik xam neft hasilat göstəricisidir. İyulda ölkəmiz gündəlik 620 min barel neft hasil etməklə baza göstəricidən 98 min barel az neft çıxaracaq. Avqustdan hər ay Azərbaycan neft hasilatını artıraraq tədricən gündəlik hasilatı baza səviyyəyə çatdıracaq. 

Qlobal aspektdən yanaşdıqda razılaşma neft bazarında qiymətlərin əlverişli səviyyədə qalmasına, eyni zamanda böyük həcmdə neft hasil edən ölkələrin gəlirlərinin artmasına kömək edəcək. 

Razılaşma bu baxımdan Azərbaycan üçün də əhəmiyyətlidir. Ölkəmizdə neft hasilatının artırılması ilk növbədə ümumi daxili məhsul (ÜDM) istehsalının artmasına imkan yaradacaq. Məlumdur ki, 2020-ci ildə ÜDM istehsalının azalmasında və iqtisadiyyatın böhrana girməsində neft hasilatının kəskin azaldılmasının böyük rolu olmuşdu. Bu dəfə əks proses baş verir və hasilatın artırılması iqtisadi artımın bərpasına böyük töhfə verəcək.  

Neft hasilatının artırılması həm də ixracı artırmağa kömək edəcək mühüm amildir. Azərbaycanın ixracında xam neft 80 faizdən çox paya sahibdir. Neft ixracı artdıqca tədiyə balansında profisit böyüyür və bu, ölkəmizdə maliyyə sabitliyinin, o cümlədən dollar/manat kursunun sabitliyinin təmin edilməsinə böyük dəstək olacaq. 

Vasif

Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Buğda ilə özünütəminetmə pisləşib – Statistika nə deyir?

2020-ci ildə Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi 57,1 faizə geriləyib. Bu göstərici 2019-cu ildə 57,2 faiz, 2018-ci ildə 64,8 faiz idi.   ...

Azərbaycanda “yaşıl kredit”lər niyə yoxdur? - Açıqlama

Dünyanın bir çox ölkəsində banklar "yaşıl kredit” məhsullarını təklif edir. Açıqlanan məlumatlar göstərir ki, "yaşıl kredit”lərə tələb böyükdür və ildən-ilə b...

ABB-dən milli paralimpiya komandasına dəstək!

Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı kimi çıxış edir.   ...

340 min qanunsuz evə "kupça" veriləcək – Sənədləşmə bu ərazidən başlayacaq

Qanunsuz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan başlanılacaq. Sfera.az bildirir ki, hökumət əhalinin səbirsizliklə gözlədiyi bu qərarı ya...

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal ol...

“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH

2021-ci ilin avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin 1 litrinin pərakəndə satış qiyməti 5 qəpik artırılaraq 1,6 manata çatdırılıb. ...