Azərbaycandan qaçan futbolçu – “Qırmızı vərəqə alanda döyürdülər”

Azərbaycandan qaçan futbolçu – “Qırmızı vərəqə alanda döyürdülər”

 

"Azərbaycana gedəndə klub rəhbərliyi bizə çox şey söz verdi və komandaya gənc futbolçular gətirdi. Sonradan kim onları qane etmədisə, sənədlərini qaytardılar və dedilər ki, sizin üçün icazə ala bilmədik. İstədikləri futbolçuların isə pasportarını götürdülər və icazə alındığını bildirdilər. Onların içərisində mən də var idim”.

 

Sfera.az xəbər verir ki, Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Olimpik” (hazırkı "Şüvəlan”) klubunun sabiq yarımmüdafiəçisi Domaqoy Kosiç deyib. 2005-2006-cı illərdə Bakı təmsilçisinin formasını geyinmiş veteran futbolçu ölkəmizdə üzləşdiyi xoşagəlməz hadisəni xatırlayıb:

 

"Çempionat başlayana qədər müqavilə bağlamalı idik. Amma onlar bizə vəd olunan məbləğdən az pul verdilər və dedilər ki, sözləşməyə qol çəkməlisiniz, yoxsa sənədlərinizi qaytarmayacağıq. Əvvəlcə çempionatda hər şey yaxşı gedirdi. Elə ki, pis nəticələr qeydə alınmağa başladı, müqavilələrin etibarsız olduğunu söylədilər. Pik nöqtə isə məşqlərin birində baş verən hadisə oldu. Semyan Miloşeviç son oyunda qırmızı vərəqə aldığı üçün məşqdə üzr istədi. Ancaq klub rəsmilərindən biri onun üzrxahlığını qəbul etmədi və yumruqla başından vurdu. Sonra isə yanındakılar da ona qoşuldular və oyunçunu döyməyə başladılar. Qorxulu mənzərə idi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Həmin an bir fikrim var idi: qısa zamanda Azərbaycandan qaçmaq. Ümumiyyətlə, orada legionerlərə münasibət yaxşı deyildi. Baş vermiş hadisə məni çox qorxutmuşdu. Hiss edirdim ki, kimsə məni izləyir. Bazada tez-tez bir nəfəri görürdüm. Deyirdilər ki, klub rəsmisidir. Ona görə də müəyyən qədər qorxu hissi var idi”.


 

Kosiç yalnız UEFA-ya müraciət etdikdən sonra klubdan sənədlərini götürüb, Azərbaycandan gedə bildiyini söyləyib: "UEFA-nın qərarından sonra klub rəhbərliyi sənədlərimizi qaytardı. Yalnız bundan sonra Azərbaycandan qaçmaq mümkün oldu. Həmin vaxt klubun mənə olan borcu haqda belə düşünmürdüm. Əsas istəyim getmək idi”.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...