Azərbaycanda zorlanmaya görə həbsdə olmuş şəxs azadlığa çıxıb məktəbliyə təcavüz etdi

Azərbaycanda zorlanmaya görə həbsdə olmuş şəxs azadlığa çıxıb məktəbliyə təcavüz etdi
Azərbaycanda zorlanmaya görə mühakimə olunaraq azadlıqdan məhrum edilən şəxs bir neçə ildən sonra yenidən şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayət törədib.

Sfera.az həmin hadisənin motivlərini təqdim edir.

Coşqun (ad şərtidir) 2006-cı ilin iyunun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinərək dəmir barmaqlıqlar arasına salınıb.

Cinayət Məcəlləsinin həmin maddəsi (149.2.4) zorlamanın öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədilməsinə görə cəzanı müəyyən edir.

2021-ci il may ayının 4-də baş verən hadisə isə onu göstərir ki, dəmir barmaqlıqlar arasında keçirdiyi həyat Coşqunu islah etməyib.

Hadisə Azərbaycanın bölgələrindən birində baş verib, lakin biz nə regionun, nə də zorlamaya məruz qalanın adını verməyəcəyik.

Coşqun həmin tarixdə sərxoş vəziyyətdə olarkən yaşadığı kəndin ərazisində yerləşən məscidin yaxınlığında məktəbli qızı görür. Bu zaman cinsi tələbatını ödəmək məqsədi ilə həmin şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlər etmək qərarına gəlir.

Qızı izləyir və öz alçaq niyyətini həyata keçirmək üçün ("alçaq” sözü məhkəmə materiallarında da keçir-red) uyğun zaman gözləyir.

Yeddinci sinif şagirdi olan qız evlərinə gedərkən Coşqun heç kimin onları görməməsindən əmin olur. Qızın arxasınca düşərək qəfildən onu arxadan çəkib yerə yıxır, ağzını tutur, cibindən bıçaq çıxararaq onu hədələyir.

Coşqun qıza "qışqırsan səni vuracağam” deyir və onu həmin ərazidən 100 metr aralıda yerləşən meşəyə aparır.

Coşqun qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri həyata keçirir, bundan sonra qızı yenidən hədələyir, daha sonra əlindəki bıçağı çaya tullayır. Coşqun bir neçə saatdan sonra qızın anasının onu axtardığını eşidir, onlar küçədə üz-üzə gələrkən qızın anası Coşqunun üzərinə gedir. Coşqun isə qadını itələyərək yerə yıxır...

Qadın ifadəsində bildirib: "Mən hadisəni qızımdan eşitdikdən sonra azyaşlı oğlumla Coşqunun evinə getdim. Anasına oğlunun etdiyi hərəkətləri danışdım. Onların evindən qayıdarkən yolda Coşqunla rastlaşdım, üzərinə gedib qızıma qarşı niyə belə etdiyini soruşdum. O, məni itələyərək yerə yıxdı və mənim bədənimə təpiklə zərbələr endirdi”.

Coşqun ibtidai istintaqa verdiyi ifadədə əməlini etiraf etsə də, məhkəmə istintaqı zamanı fərqli ifadə verib. Bununla belə, o, öz əməlini pərdələyə bilməyib, aparılan araşdırmalar, ekspertiza rəyi Coşqunun cinayətkar əməlini təsdiqləyib.

Məhkəmə hökm çıxararkən Coşqunun əvvəllər məhbus həyatı yaşayarkən islah olunmadığına vurğu edib.

O, Cinayət Məcəlləsinin 134-cü ( öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü ( on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Coşqun etdiyi əmələ görə həyatının bundan sonrakı 14 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində olacaq.
 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...