“Azərbaycanda xristian mədəni soyqırımı haqda qorxu əsassızdır” - Şneor Seqal

“Azərbaycanda xristian mədəni soyqırımı haqda qorxu əsassızdır” - Şneor Seqal
Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan "Tribune de Geneve” portalında "Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” adlı məqaləsi dərc olunub.

Sfera.az xəbər verir ki, müəllif Azərbaycandakı tolerantlıqdan bəhs edilərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin mehriban və yanaşı yaşadığına diqqət çəkib:

 

"Nəhayət, döyüşlər dayandı. Müharibə ilə bağlı söz-söhbət isə tonunu dəyişsə də davam edir. Bu gün medianın diqqəti indiyədək erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərdəki kilsələrin, xristian məbədlərinin taleyinə yönəlib. İşğal altında olmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedəndə çoxları bu ərazilərdəki xristian abidələrinin məhv olacağından qorxurdu. Bəziləri tələm-tələsik həmin ərazilərdəki erməniləri kilsələrdən xaçı çıxarmağa məcbur etdilər. Bu qorxu mənə təsir etdi. Çünki müsəlman ölkəsi olan Azərbaycanda dini lider olaraq, eləcə də şəxsi təcrübəmə əsaslanaraq bu hissi anlamaqda çətinlik çəkirəm. Həmin qorxan insanın indiyə qədər bir azərbaycanlı ilə rastlaşıb-rastlaşmadığını düşünməyə başladım. Mənim üçün mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin birgəyaşayışı, qorunması baxımından çox zəngin bir ölkədir, cənnət məkandır”.


Şneor Seqal qeyd edir ki, son onilliklərdəki müharibələr zamanı dünyanın digər ölkələrindən bir çox yəhudilər qaçmaq məcburiyyətində qalsalar da, hücum, qətl və adam oğruluğu hədəfinə çevrilsələr də, Azərbaycanda onlar tərəqqi edən bir icma olaraq yaşayırlar. 15 minə yaxın dağ yəhudisinin də təmsil olunduğu, ümumilikdə isə 25 min nəfərik Azərbaycanın yəhudi icması ölkənin əsas dini qurumlarındandır:

 

"Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum askenaz yəhudiləri. Ancaq Azərbaycan elə təkcə bu xalq üçün vətən deyil. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.


Baş ravvin Roma papaları II İohan Pavelin və Fransiskin Azərbaycana səfərlərindən, Bakıda Katolik Kilsəsinin tikilməsindən bəhs edərkən, şəhərdə sinaqoqlar, kilsələr və məscidlərin küçələrdə yan-yana düzüldüyünü və çox yaxşı vəziyyətdə saxlanıldığını qeyd edib. O, bunların qorunub saxlanmasının Azərbaycan üçün vacib olduğuna diqqət çəkib.


Xalq həm də mədəniyyət və tarixdir. Azərbaycanda bərabər şəkildə yaşayan digər dinlərin nümayəndələri ilə mütəmadi görüşmək və onlarla əməkdaşlıq etmək təbii haldır. Heç bir din, nə qədər kiçik olsa da, cəmiyyətdən kənarda qalmır. 2002-ci ildə Papa II İohan Pavelin Bakıya səfərindən sonra hökumət Katolik Kilsəsinin inşası üçün torpaq sahəsi ayırdı. 2016-cı ildə eyni kilsədə ibadət edən Papa Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır. Bütün bunlar müxtəlif konfessiyalardan olan insanlar arasında səmimi münasibətlərin davam etdirilməsinin, ümumi rifah üçün qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində davranılmasının mümkün olduğunu göstərir.


Məqalədə dini irsi qoruyub saxlamaq kimi Azərbaycan ənənəsinin yalnız onun sərhədləri ilə məhdudlaşmadığı vurğulanıb. Bu missiyanı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Heydər Əliyev Fondunun yerinə yetirdiyi diqqətə çatdırılır, fondun dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verməsindən söz açılır. Vatikanda Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Heydər Əliyev Fondunun yəhudi təşkilatları ilə birlikdə Azərbaycanda yəhudi məktəblərinin inşasında da iştirak etdiyi bildirilir.

 

Şneor Seqal Qarabağda müsəlman evlərinin və qəbiristanlıqlarının erməni işğalı altında qalaraq tamamilə dağıdıldığını oxuyanda çox kədərləndiyini, bir məscidin təhqir olunması ilə müsəlman dünyasını qəzəbləndirən dəhşətli hadisəni xatırladığını bildirir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...