Azərbaycanda vəhşilik: Atı şaxtada ağaca bağlayıb ölümə tərk etdilər - FOTO

Azərbaycanda vəhşilik: Atı şaxtada ağaca bağlayıb ölümə tərk etdilər - FOTO
Azərbaycanın Gədəbəy rayonunun Saratovka kəndində insanlığa sığmayan vəhşilik qeydə alınıb. Kənd sakinləri atın ayaqlarını bağlayaraq onu ağacdan asıblar.

Adları məlum olmayan sakinlər bu əməli heyvanın onların buğda sahəsinə girdikləri üçün ediblər. At Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğluna məxsus olub.

Tovuz sakini bildirib ki, atı Gədəbəy sakinləri tərəfindən vəhşicəsinə öldürüblər və bununla əlaqədar polisə müraciət edib:

"Mən Tovuz sakiniyəm, Gədəbəylə sərhəd kənddə qalıram. 3 gün bundan qabaq iki atımı həyətə buraxmışdım. Onlardan biri dağı aşaraq Gədəbəy tərəfə keçib. Sonra hər yerə qar yağdı və atların ardınca gedə bilmədik. Sırağagün atamla gedib atları axtarsaq da, tapa bilmədik.

Sonra tanışlarımızdan biri zəng elədi ki, atları Gədəbəyin Saratovka kəndində iki nəfər aparıb. Dünən atamla kəndə gedəndə gördük ki, atın birini ayaqlarını bağlayaraq ağacdan asıblar. Digər atı isə aparıblar. Atı asmaqda məqsədləri isə guya heyvanın buğda sahəsinə girməsi olub".
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...