Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA
 

Milli Məclisin 2019-cu il payız sessiyası dövründə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Sfera.az bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev oxu.az-a açıqlamasında qida təhlükəsizliyinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.

O deyib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tam gücü ilə fəaliyyət göstərir.

 

Deputat bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı iş aparılır.

E.Quliyev görüləcək işlərin çox olduğunu da bildirib.

"Müasir avadanlıqlarla məhsullar yoxlanılır. Ekoloji təmiz məhsullar olmalıdır. Yoxlamalar getsə də, tez-tez zəhərlənmə hallarına rast gəlinir", - deyə E.Quliyev əlavə edib.

Millət vəkili qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı nəzarət güclü olsa da, görülən tədbirlər buna adekvat deyil:

"Bir də görürsən yazırlar ki, filan rayonda 10 nəfər zəhərləndi. Nədən zəhərləndi, buna görə kim məsuliyyət daşıyır? Bu məsələ qabardılmır. Bu da bizi narahat edir. Bəzən işbazlar mənşəyi bilinməyən məhsullardan qida istehsal edirlər".

E.Quliyev bildirib ki, məsələyə eyni yanaşma da olmalıdır. O, uşaqların qidalanmasına da diqqət çəkib:

"Bizi ən çox maraqlandıran məsələ uşaqların qidalanmasıdır. Azərbaycanda beş yaşına qədər uşaqlar arasında ölüm səviyyəsi hələ dünyadakı orta göstəricilərdən artıqdır. Bu da uşaqların düzgün qidalanmaması və mənşəyi bilinməyən məhsulların uşaqlara verilməsidir. Digər məsələ isə analarla bağlıdır. Ana uşağa minimum altı ay süd verməlidir".


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...