Azərbaycanda ötən gün yol qəzalarında 8 nəfər ölüb

Azərbaycanda ötən gün yol qəzalarında 8 nəfər ölüb
 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a  verilən məlumata görə, noyabrın 1-dən 2-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA - 50 nəfər karantinə alındı

  AFB Bank ASC-də işçilərin kütləvi koronavirusa yoluxma faktı aşkarlanıb. Sfera.az NOCOMMENT.az-a istinadən məlumat verir ki, bir müddət əvvəl AFB ...

Qazaxda raket tapılıb - FOTO

 Bu gün saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Abb...

Daha bir həkim koronavirusa yoluxdu - FOTO

 Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub. Sfera.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloq...

Polislər müğənni Nəfəsi mağazada belə yaxaladı - VİDEO

 Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Binəqədi rayonunun Abay Kunanbayev kuçəsi, "Bolluq bazarı"nın yanında qanunsu...

SON DƏQİQƏ: Azərbaycanda karantinə nəzarət edən polislər vəfat etdi

  "Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”. Bu sözləri  açıqlamasında Daxili İşlər Nazirliyinin (Dİ...

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - SON DƏQİQƏ!

  Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib. Uzun müddətdir onkolji xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında d...