Azərbaycanda şirkət rəhbəri barəsində axtarış ELAN OLUNDU

Azərbaycanda şirkət rəhbəri barəsində axtarış ELAN OLUNDU
Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində 01.07.2021-ci il tarixdə keçirilmiş "sual-cavab” adlı sessiya zamanı bir neçə vətəndaşın "Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətləri daxil olub.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, qeyd edilən müraciətlər Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyündən, həmin faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq idarəsinə tapşırılıb.

Toplanmış ilkin sübutlar əsasında 05.07.2021-ci il tarixdə Orxan İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmadığından barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

"Go Europe” şirkətinin vəzifəli şəxslərinin dələduzluq əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...