Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü

Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səfirin həyat yoldaşının idarə etdiyi "Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.

Məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edilsə də, hadisəyə şərh verilməyib.

OXŞAR XƏBƏRLƏR