Azərbaycanda repititor, bağban, ustalar dövlətə vergi ödəyəcəklər

Azərbaycanda repititor, bağban, ustalar dövlətə vergi ödəyəcəklər

 

Patent vergisi diferensial qaydada toplanacaq.

Patent vergisinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. 

Sfera.az xəbər verir ki, Vergilər nazirinin müavini İlkin Vəliyevin Fins.az-a verdiyi məlumata görə, hazırda layihə müzakirə olunur.

O bildirib ki, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Həmin şəxslərin dəqiq siyahısı və ödənişin məbləği müəyyənləşdirilir. Nazir müavini patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib.

İ.Vəliyevin sözlərinə görə, bu vergi növü diferensial qaydada toplanacaq. Belə ki, bölgələrdə həmin xidmətlər paytaxla müqayisədə aşağı olduğundan vergi ödənişləri də fərqli olacaq.  

Qeyd edək ki, patent vergisinə cəlb olunan şəxslərin qeydiyyatı və ödənişləri ənənəvi qaydada olmayacaq. Belə ki, onlar VÖEN almayacaqlar, hesab açmayacaqlar, vergi hesabatları verməyəcəklər. Çünki bu texniki cəhətdən mümkün deyil.  

Xatırladaq ki, sadələşmiş vergi ödənişi də diferensial qaydada toplanır. Regionlar üçün bu məbləğ 2%, Bakıda isə 4% müəyyən edilib. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...