Azərbaycanda qəribə hadisə: Şəhid kimi \"dəfn edilən\" özünün 40 mərasiminə gəlib - VİDEO

Azərbaycanda qəribə hadisə: Şəhid kimi \
 
İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.

Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.

Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.

Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib. O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib. Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.

O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.

Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub. Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.

Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb. Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə "Naməlum əsgər" yazılıb. 
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...