Azərbaycanda qəribə hadisə - Maqnit avtomobilləri geriyə çəkir + Video

Azərbaycanda qəribə hadisə - Maqnit avtomobilləri geriyə çəkir + Video
Şamaxı rayonunun Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir.

Yerli sakin Elsəvər Rəsulov "Report"un Yuxarı-Şirvan bürosuna bu yoldan artıq üçüncü dəfədir istifadə etdiyini və hər dəfə eyni hadisə ilə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, yolun Dəmirçi kəndindən Lahıca gedən 3-4 kilometrlik hissəsində avtomobilin sürəti aşağı düşür və maşın arxaya doğru hərəkət etməyə başlayır.

"Hətta avtomobilin mühərriki sönmüş, sürətlər qutusu isə neytral vəziyyətdə olduğu halda belə, nəqliyyat vasitəsi arxaya getməyə başlayır. Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət get-gedə artaraq hətta 60 km/saata çatır", - deyə o əlavə edib.

Elsəvər Rəsulov ehtimal edir ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.

Yerli sakinlərin sözlərinə görə, onlar da həmin sözügedən ərazidə eyni yerdə olanda, maqnit avtomobilləri əks istiqamətə çəkir və onlar çətinliklə üzləşirlər. Sakinlər də düşünür ki, həmin ərazidə maqnit sahəsi var və bunun araşdırılması lazımdır.


OXŞAR XƏBƏRLƏR

Kişini toy gecəsi belə aldadırlarmış — Qızların yeni fırıldağı...

Dünyanın ən məşhur onlayn alış-veriş saytı olan Amazonda satışa çıxarılan məhsul narazılıqlara səbəb olub.   Sfera.az Sputniknews-a istinadla xəbər verir...

Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF

 Qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edilib. Sfera.az xəbər verir ki, Moskv...

Hər kəsi qorxudan “buzlu şüşə” nədir?

"Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – "buzlu şüşə” mənzərəsi. Bəzən bunu "buz kristalı”, "buz parçası” kimi də adlandırırlar...

“Bismillah”kəlməsini sirrini öyrəndiyiniz anda bütün həyatınız yaxşıya doğru dəyişəcək!

"Bismillah"ın insan həyatındakı əhəmiyyətini dərk etmək üçün alimlər belə bir misal çəkmişlər: Məlumdur ki, dünyada hər bir müəssisə öz məhsullarının üzərində x...

Maykl Ceksonun qızı İsa Məsih roluna girdi, xristianlar etiraza qalxdı - Lesbiyan iddiası

Dünya şöhrətli ulduz Maykl Ceksonun qızının İsa rolunda çəkildiyi film xristianları qəzəbləndirib. Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, M...

Nazir müavini yeni partiyasını yarıçılpaq şəkildə elan etdi - VİDEO

 Ötən il vəzifəsindən azad edilən Ukraynanın keçmiş infrastruktur nazirinin Aleksandra Klitina yeni partiya yaradıb. Sfera.az qaynarinfo-ya istinadən...