Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir.

Sfera.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur:

 

"Dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyata alınıb. Son illərdə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb.

Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir”.

Araz Manuçəri bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər:

"Psixotrop dərmanlar apteklərdə üç möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən həmin dərmanlar "qara bazar”a çıxarılıb. Məktəblərdə bu tipli psixotrop dərmanlardan istifadə edirlər.

"Qara bazar”da haradansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Həmin dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...