Azərbaycanda psixi sağlamlıqla bağlı aparılan sorğunun nəticələri təəccübləndirdi

Azərbaycanda psixi sağlamlıqla bağlı aparılan sorğunun nəticələri təəccübləndirdi

Azərbaycanda 2016-2018-ci illər üzrə aparılan sorğuya görə, uşaqların 8 faizi intihar etməyi ağlından keçirib. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, bizi düşünməyə vadar edir.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu 10 oktyabr Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı Elmi Praktik Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

O qeyd edib ki, mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirilib: "Sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi ən azı bir dəfə həmyaşadları ilə mübahisə yaşayır. 14 faiz respondentlər ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbulinq deyilir. Uşaqların 1/4 nəfəri 2 həftə və daha çox müddətlə özünü kədərli və ümidsiz hiss edirlər".

Direktor əlavə edib ki, tədqiqata görə, ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və İSİM-in mütəxəssislərinin istiraki ilə aparılan tədqiqatda iştirak edən respondentlərin 2 faizi əvvəlki 12 ay ərzində intihar cəhdini ciddi şəkildə düşünüb.

 

Q.Haqverdiyev vurğulayıb ki, son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub. "Xüsusən burada şəhərlərdə yaşayanlar üstünlük təşkil edib. Respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib. Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır".



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...