“Azərbaycanda problemli kreditlər artır” - Deputat
10:34 / 04.05.2021
2170
"2021-ci ilin birinci rübünün yekunlarında
bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb.
Bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı,
Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, Mərkəzi Bankın məlumatına
görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat
idisə, bu göstərici bu ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət
mart ayının yekunlarında 918,2 milyon manata çatıb:
Mərkəzi Bankın beynəlxalq ehtiyatları da bu
ilin mart ayında əvvəlki aya nisbətən azalıb - bu il fevral ayında 6 milyard
367 milyon dollar olan ehtiyatlar azalaraq 6 milyard 356 milyon dollar düşüb. Bu
o deməkdir ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatları mart ayında əvvəlki aya
nisbətən11 milyon dollar azalıb”.
V.Bayramovun sözlərinə görə, bank sektorunda
islahatların dərinləşdirilməsinə ehtiyac var: "Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə
kreditlər faziləri azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin
möhkəmləndirilməsinə nail ola bilər. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi
və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta
bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə
ehtiyac var”.