Azərbaycanda nə qədər çörək yeyilir? - 13 ildir azaldırıq...

Azərbaycanda nə qədər çörək yeyilir? - 13 ildir azaldırıq...
Azərbaycan əhalisi dünyada ən çox çörək istehlak edən xalqlardandır.
 
Sfera.az bildirir ki, ölkəmizdə adambaşına çörək istehlakının miqdarı dünya üzrə orta göstəricidən təxminən 2 dəfə yüksəkdir. 

Çörək istehlakının çox olması insan orqanizmi üçün faydalı deyil, əksinə müəyyən zərərləri var. Bunu nəzərə alaraq çörək istehlakının azaldılması ilə bağlı son illərdə maarifləndirici məlumatların verilməsi, həkim-dietoloqların tövsiyələri istehlakın azalmasına səbəb olub. 
  
Ev təsərrüfatlarının tədqiqinə dair məlumatlara əsasən, Azərbaycan əhalisi 2009-cu ildən başlayaraq çörək istehlakını azaldır. Adambaşına çörək istehlakı 2008-ci ildə 156,8 kq-a yüksəldikdən sonra 2009-cu ildə 155,7 kq-a, 2012-ci ildə 144,3 kq-a, 2018-ci ildə 137 kq-a, 2020-ci ildə 134,9 kq-a düşüb. 

2008-ci ilə nisbətən 2020-ci ildə adambaşına çörək istehlakı 21,9 kq, yəni 14 faiz azalıb. 

Azalmaya baxmayaraq ölkəmizdə çörək istehlakı hələ də çoxdur. 
Avropa ölkələrində çörək istehlakı bizimlə müqayisədə kifayət qədər azdır. Adambaşına istehlak Yunanıstanda 65-70 kq, Almaniya və Fransada 54 kq, Polşa və İtaliyada 52 kq, İsveç, Norveç də Finlandiyada 30-45 kq-dır. Çörək istehlakı Rusiya və Ukraynada 60-70 kq, Türkiyədə 125 kq-dır. 

Vasif
Sfera.az

 



OXŞAR XƏBƏRLƏR