Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum MƏLUM OLDU

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum MƏLUM OLDU
Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub.

Sfera.az xəbər verir ki, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".
 
(report)

OXŞAR XƏBƏRLƏR

“Soydaşlarımız mərhələli şəkildə Azərbaycana yola salınacaq” - Polşa Azərbaycanlıları Şurasının rəhbəri

"Ukrayna və Rusiya arasındakı müharibə səbəbilə ümumilikdə 400-dən çox soydaşımız Polşaya gəlib”.   Bunu Sfera.az-a açıqlamasında Polşa Azərbaycanl...

Bakıda tanınmış restoran Türkiyə prezidentini belə təbrik etdi - FOTO

Xətai rayonu, Babək prospektində yerləşən, "Monte Karlo" restoranı Türkiyə prezidentini fərqli formada təbrik edib. Sfera.az xəbər verir ki, restoran axşa...

Qarabağda səsləndirilən azan erməniləri təşvişə saldı - VİDEO

Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı qurğular vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı i...

Bu ölkələr Ukraynadan çıxmaq istəyən azərbaycanlıları qəbul edəcək - XİN-dən açıqlama

Moldova və Polşadan sonra Slovakiya da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək. Sfera.az xəbər ver...

Nazirlikdən dumanlı hava şəraiti ilə bağlı AÇIQLAMA

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək. Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya...

Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olundu

Azərbaycanın "Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib. Bu barə...