Azərbaycanda məmuru iş otağında öldürən şəxs görün kim imiş

Azərbaycanda məmuru iş otağında öldürən şəxs görün kim imiş
Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.
 
Sfera.az xəbər verir ki,  Goranboy ​​​​​​​Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir. 29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.
 
Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
 
Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.
 
(apa)

OXŞAR XƏBƏRLƏR