Azərbaycanda koronavirusa yoluxanlar arasında ölüm niyə çoxalıb? – “İndi tamam fərqli mənzərə ilə qarşı-qarşıyayıq”

Azərbaycanda koronavirusa yoluxanlar arasında ölüm niyə çoxalıb? – “İndi tamam fərqli mənzərə ilə qarşı-qarşıyayıq”
Son günlər koronavirusa yoluxma statistikasında xəstəliyə yoluxanlarla bərabər, bu səbəbdən ölənlərin də sayının artdığını görürük. Belə ki, təkcə ötən gün COVID-19-dan 27 nəfərin öldüyü bildirilib.

Maraqlıdır, ölüm hallarının çoxalmasının səbəbi nədir?


Məsələ ətrafında Sfera.az-a danışan professor Adil Qeybulla virusun letallıq qabiliyyətinin artmasını xəstəliyin ağır keçməsinə səbəb olaraq göstərib:


"Virus mutasiya etməkdə davam edir. Hər bir mutagen forma yeni xassə alır. Son mutagen formalar, o cümlədən Britaniya ştammı böyük yoluxduruculuq funksiyasına malikdir.Yəni virus genomonunda turşuların yeri dəyişdikdə virus yeni xassələr alır. O ya yerini dəyişir, ya da güclənir. Bu səbədən virusun yoluxduruculuq qabiliyyəti artmaqla bərabər onun letallıq qabiliyyəti artıb və indi tamam fərqli mənzərə yaranıb".


Professor sərt karantin rejiminin zəruri olduğunu qeyd edib:


"Əvvəllər xəstəlik uşaqlarda və gənclərdə əlamətsiz keçirdisə, hazırda xəstəliyin klinik əlamətləri göz önündədir. Buna görə hesab edirəm ki, epidemoloji vəziyyət pisləşərsə, sərt tədbirlərə əl atmalıyıq. Sərtləşdirilmiş karantin rejimi epidemoloji vəziyyətlə bağlıdır, bu qərar kiminsə kaprizi ilə qəbul ya ləğv edilə bilməz. Buna görə də insanları qorumaq üçün sərt tədbirlər görülə bilər".

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR