Azərbaycanda Koronavirusa görə iş saatları dəyişdi - SƏRƏNCAM

Azərbaycanda Koronavirusa görə iş saatları dəyişdi - SƏRƏNCAM
 

AMEA prezidenti, akademik Ramiz Mehdiyev "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.


Sfera.az bildirir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin "COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...