Azərbaycanda kişilər qadınlardan çox maaş alır – Maraqlı statistika

Azərbaycanda kişilər qadınlardan çox maaş alır – Maraqlı statistika
Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir.
 
Sfera.az bildirir ki, 2020-ci ilin sonuna olan məlumata əsasən orta əməkhaqqı qadınlarda 525,6 manat olduğu halda, kişilərdə 830,2 manatdır. Kişilərdə əməkhaqqı səviyyəsi qadınların aldığı maaşla müqayisədə 304,6 manat və ya 58 faiz çoxdur.
 
Qadın və kişilərin orta əməkhaqqı səviyyəsindəki fərq bütün iqtisadi fəaliyyət növlərində müşahidə edilir.
 
Ölkəmizdə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Burada orta hesabla kişilər 3455 manat, qadınlar 2081 manat maaş alır. Mədənçıxarma sənayesində maaş fərqi 1374 manat və ya 66 faizdir.
 
Maliyyə və sığorta fəaliyyəti əməkhaqqı səviyyəsi yüksək olan ikinci sahədir. Bu sahədə kişilərin orta maaşı 2022 manat, qadınların orta maaşı 1197 manatdır. Kişilər bu sahədə qadınlara nisbətən 825 manat, yaxud 69 faiz çox maaş alır.
 
Əməkhaqqı səviyyəsində ən böyük fərq olan sahələrdən biri də peşə, elm və texniki fəaliyyətdir. Burada kişilərin orta maaşı qadınların aldığı maaşdan 2 dəfədən də çoxdur. Kişilər 1547 manat maaş aldığı halda, qadınların maaşı 736 manat olub. Fərq 811 manat və yaxud 110 faizdir.
 
İnformasiya və rabitə sahəsində də əməkhaqqı yüksəkdir. Burada orta hesabla qadınlar 877 manat, kişilər 1168 manat maaş alır. Müqayisədən görünür ki, kişilərə qadınlardan 291 manat və ya 33,2 faiz çox maaş verirlər.
 
Ümumilikdə, Azərbaycanda muzdla çalışanların (1,69 milyon nəfər) böyük hissəsini kişilər təşkil edir. Muzdlu işçilərin 1,028 milyon nəfəri (60,8 faizi) kişilər, 670 mini qadınlardır. Qadınların sayı kişilərdən üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində (55,2%), təhsildə (46,6%) və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə (24%) çox olub.

Vasif
 
  
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalandı

Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə ...

SOCAR yanacağın qiymətinin artırılmasının səbəbini AÇIQLADI

Azərbaycanda "A-98 SUPER” və "A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Sfera.az xəbər verir ki, bunu çıqla...

Azərbaycanda kişilər qadınlardan çox maaş alır – Maraqlı statistika

Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir.   Sfera.az bildirir ki, 2020-ci ilin sonuna olan məlumata əsasən orta ...

Kirayə mənzil bazarında bahalaşma olacaq? – Bu ərazilərdə...

Ənənəvi qayda olaraq hər ilin bu vaxtları kirayə mənzil bazarında tələbat çoxalır, qiymətlər yüksəlir. Bu da yeni tədris ilinin başlaması, tələbələrin müraciəti...

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal ol...

Azərbaycanda “Aİ-95” markalı benzin niyə bahalaşdı? - SƏBƏB BU OLUB

"Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələri...