Azərbaycanda kimlərin evlənməsi qadağandır?

Azərbaycanda kimlərin evlənməsi qadağandır?
2019-cu ilin 6 ayında ölkədə 29 242 nikah, 8 324 boşanma qeydə alınıb.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Eyni zamanda, qanunvericilik bəzi şəxslərin birgə nikahını qadağan edir.
Bu barədə danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, nikah bağlanması tərəflərin razılığı ilə həyata keçirilə bilər:
"Vətəndaş nikaha daxil olmaq istəyərkən, İcra Hakimiyyətində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, şəxslər nikahı onların istəklərinə uyğun olaraq bağlana bilər.
Nikaha daxil olmaq üçün tərəflər 18 yaşını tamamlamalıdır. İstisna hallarda İcra Hakimiyyətinin rəyi əsasında 17 yaşda olanların nikahına icazə var”.
Hüquqşünas qeyd edib ki, qanunla azyaşlıların nikahı qadağandır:
"Azyaşlılar arasında nikah bağlanarsa və bu hal aşkarlanarsa, nikah etibarsız sayılır. Bütün hallarda həm Konstitusiyada, həm də Ailə Məcəlləsində əks-cinslər arasında nikahın bağlanması ilkin olaraq yaş məhdudiyyətilə qadağan oluna bilər. Digər tərəfdən, barəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan qərarı elan olunmuş şəxs də nikaha daxil ola bilməz”.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
- nikahın bağlanması üçün müraciət edən şəxslər eyni cinsdən olduqda.
Eyni zamanda, nikahın bağlanması üçün müraciət edən şəxslərin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.Modern.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...