Azərbaycanda karantin rejimi dövründə internetdən istifadə artıb - RƏSMİ

Azərbaycanda karantin rejimi dövründə internetdən istifadə artıb - RƏSMİ
 "Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var”.

Sfera.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

"O cümlədən, Azərbaycan əhalisinin təxminən 60-70 faizi smartfonlardan istifadə edir. Ümumilikdə götürəndə isə əhalimizin hər 100 nəfərinə 106 mobil telefon düşür. Bütün bunlar onu göstərir ki, xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 xidməti hər kəs üçün əlçatan olacaq”, - deyə nazir müavini bildirib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...