"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır" - Səbuhi Abbasov
S.Abbasov qeyd edib ki, təxminən 10 il öncə bir təklif irəli sürmüşdüm: "Azərbaycanda Prezident Yanında İnnovativ Beyin Mərkəzi yaradılmalıdır. Bu mərkəz bütün texnoloji yenilikləri tədqiq edib bütün sahələrdə uğurlu tətbiqini həyata keçirməlidir. Bu gün də gec deyil. Belə bir mərkəz olsa biz həm də texnoloji yeniliklərin surətini izləyə, onun xeyiri ilə birlikdə gətirdiyi fəsadları təhlil edə bilərik. 3-5 illik uğurlu fəaliyyətdən sonra biz milli platformaların yaradılması haqqında da düşünə bilərik. Belə bir mərkəz mütləq olmalıdır. ABŞ, Yaponya, Almaniya və digər qabaqcıl ölkədələrdə belə bir təcrübə mövcuddur. Ola bilər kimlərsə bunun böyük vəsait tələb etdiyini düşünə bilər. Ancaq tam səmimi deyirəm ki, indiki xaotik situasiyada bundan azı 10 dəfə çox xərc çıxır. Hələ mən bunun mənəvi-psixoloji tərəfini demirəm. Bu mənada biz daha çox texnoloji yeniliklərin tətbiqinə fokuslanan, eyni zamanda, sosial şəbəkələr üzərindən gələn təhlükələrin qarşısını alma iqtidarında olan mərkəzin yaradılmasında maraqlı olmalıyıq. Bu barədə bir neçə il öncə mən ABŞ təcrübəsini araşdırmışdım. Olduqca vacib məqamlar var".
7News.Az